Bu il Bakı məktəblərinin 1609 məzun attestat almayıb
2011-2012-ci dərs ilində paytaxtın ümumtəhsil məktəblərinin XI siniflərində 21916 şagird təhsil alıb, bunlardan illik qiymətlərinə görə 755 şagird imtahanlara buraxılmayıb. “KƏLAMİNFOâ€� xəbər verir ki, bu fikirləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Nailə Rzaquliyeva deyib. Onun sözlərinə görə, 664 (3,14%) şagird isə imtahanlardan “qeyri-kafiâ€� qiymət alıb. Ümumilikdə XI sinifdə dərs ilinin sonunda imtahanlara buraxılan 21161 şagirddən 1609 (7,60%) məzun imtahan və illik qiymətlərə görə attestat almayıb. Əvvəlki illərdən qalanlardan 1337 nəfər məzun imtahan vermək hüququ qazanıb, onlardan 1026 (76,74%) nəfəri imtahanlardan müvəffəq qiymətlər alaraq attestat alıblar.