Ali məktəblərə tələbə qəbulunda Bakı məktəbləri məzunlarının xüsusi çəkisi artıb
Ali məktəblərə tələbə qəbulunda hər il olduğu kimi, 2011/2012-ci tədris ilində də Bakı məktəbləri məzunlarının xüsusi çəkisi artıb. “KƏLAMİNFOâ€� xəbər verir ki, bu fikirləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Nailə Rzaquliyeva paytaxtın təhsil işçilərinin sentyabr konfransındakı çıxışı zamanı deyib.
O bildirib ki, 2012-ci ildə Azərbaycanın ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında 1 nəfər məzun maksimum - 700 bal toplayıb. Məzunların 17 min 858 nəfəri (attestat alanların 88,4%-i) ali məktəblərə sənəd verib və onlardan 9256 nəfəri, yəni imtahanlarda iştirak edənlərin 51,83%-i qəbul olunublar. Bu göstərici keçən illə müqayisədə 5, 2006-cı illə müqayisədə 17% artıb.