Şagirdlərin köçürülməsinin qarşısını almaq üçün daha ciddi addımlar atılacaq
Orta ümumtəhsil müəssisələrində şagirdlərin bir məktəbdən digərinə köçürülməsinin qarşısını almaq üçün növbəti dərs ilində daha ciddi addımlar atmaq lazımdır. “KƏLAMİNFOâ€� xəbər verir ki, bu fikirləri təhsil naziri Misir Mərdanov təhsil işçilərinin ənənəvi sentyabr konfransında deyib.
Nazir vurğulayıb ki, məktəblərdə yuxarı siniflərdə şagirdlərin məktəbdən-məktəbə keçməsi hallarının olması həm idarəetmə, təhsilin keyfiyyəti, həm də statistik məlumatların toplanılmasında problemlər yaradır. “Heç kəsə sirr deyil ki, 10-11-ci siniflərdə bir çox valideyn yalandan guya uşağının məktəbini dəyişir, amma məktəbə qoymur. Müəllimləri evində repetitorluğa cəlb edir, şagirdin adı bir məktəbdən çıxıb o biri məktəbə gedir və beləliklə, çox ciddi problemlər yaranırâ€�. M.Mərdanov onu da qeyd edib ki, repetitorluğun həm müsbət, həm mənfi tərəfləri var. “Dünyanın hər yerində repetitorluq olub və olacaq. Amma repetitorluq təhsilin keyfiyyətinə təsir göstərməməlidirâ€�.
Nazir əlavə edib ki, bu il orta məktəblərin birinci sinfinə gedən şagirdlərin sayının 5046 nəfər artacağı proqnozlaşdırılır.