Qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılmasına dair nəşrlər çap edilib
Bu gün Beynəlxalq Mətbuat Mərkəzində (BMM) “Təmiz Dünyaâ€� Qadınlara Yardım İctimai Birliyi Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ilə koalisiya şəklində hazırladıqları “Qadınlara qarşı ayrı-seçkiliyin ləğvi üzrə BMT komitəsinə nativ hesabatın hazırlanması və təqdim edilməsiâ€�, “Qadınlarla bağlı məsələlərin həllində və qərar qəbuletmədə vətəndaş iştirakçılığı ilə bağlı siyasət sənədiâ€� və “Stereotipləri qıraq! Qadın polisləri ilə bağlı miflərâ€� adlı nəşrləri təqdim edib.
“KƏLAMİNFOâ€�nun məlumatına görə, tədbirdə çıxış edən “Təmiz Dünyaâ€� Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirib ki, sözügedən nəşrlər ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) tərəfindən maliyyələşdirilən “Qadın İştirakçılığı Proqramıâ€�nın bir hissəsi kimi həyata keçirilən “Qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması ilə bağlı İctimai Vəkillikâ€� layihəsi çərçivəsində çap olunub.
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov, “Konstitusiyaâ€� Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev və digər iştirakçılar nəşrin əhəmiyyətindən bəhs ediblər. Bildirilib ki, çap olunan nəşrlər QHT-lərlə yanaşı, dövlət qurumları üçün də əhəmiyyətlidir.