Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirilib
Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirilib. Parlamentdən KƏLAMİNFO-ya verilən məlumata görə, komitənin sədri Şəmsəddin Hacıyev 2009-ci ilin payız sessiyası ərzində komitənin gördüyü işlər barədə məlumat verib.
Ş.Hacıyev bildirib ki, hesabat dövründə Elm və təhsil komitəsinin 4 iclası keçirilib və gündəliyə daxil olan 7 məsələyə baxılıb. Ötən payız sessiyasında geniş müzakirələrdən sonra ölkə üçün çox əhəmiyyətli olan “Təhsil haqqındaâ€� qanun qəbul edilib. Bu müddətdə iki qanun layihəsinin - “Elm və dövlət elmi-texniki siyasəti haqqındaâ€� və “Ali təhsil haqqındaâ€� sənədlərin hazırlanması istiqamətində işlər görülüb.
Hesabat dövründə komitəyə 79 müraciət daxil olub.
Ş.Haciyev komitədə 2010-cu ilin yaz sessiyası zamanı görüləcək işlər barədə də danışıb. Qeyd edib ki, komitənin iş planına “Elm siyasəti haqqındaâ€�, “Ali təhsil haqqındaâ€�, “Kəşflərin hüquqi qorunması haqqındaâ€� qanun layihələri daxil edilib, eyni zamanda digər komitələrlə birgə Milli Məclisə çıxarılacaq sənədlərin müzakirəsi nəzərdə tutulub.