Bu gün Milli Məclisin deputatı İlham Məmmədov İqtisadi Əməkdaşlıq Təşkilatı (EKO) Parlament Forumunun yaradılması ilə əlaqədar keçiriləcək müzakirələrdə iştirak etmək üçün Pakistana gedib. Bu barədə məlumatı “KƏLAMİNFOâ€�ya parlamentdən veriblər.
İslamabad şəhərində keçiriləcək toplantıya 10 müsəlman dövlətinin - Türkiyə, İran, Əfqanıstan, Pakistan, Azərbaycan, Qazaxıstan, Tacikistan, Özbəkistan, Qırğızıstan və Türkmənistanın nümayəndələri qatılacaq. Deputatımız müzakirələrdə fəal iştirak edəcək, yeni yaradılacaq Parlament Forumu ilə bağlı fikirlərini bildirəcək.