ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəisi Türkiyədədir
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəisi Devid Petreus Türkiyədədir. Devid Petreus ABŞ Hava Qüvvələrinə məxsus hərbi təyyarəylə İstanbula gəlib. “KƏLAMİNFOâ€� “CNN Turkâ€�ə istinadən xəbər verir ki, MKİ rəhbərinin İstanbuldakı proqramıyla bağlı açıqlama verilməyib. Petreusun gündəliyində Suriyadakı son proseslər və PKK terror təşkilatının olduğu bildirilir.