Asim Mollazadə beynəlxalq İqtisadi Forumda Azərbaycanı təmsil edəcək
Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə Krınisa şəhərində keçiriləcək XXII İqtisadi Forumda iştirak etmək üçün Polşaya gedib. DİP-in mətbuat xidmətindən “KƏLAMİNFOâ€�ya verilən məlumata görə, A.Mollazadə forumda “Şərq tərəfdaşlığı, Şərq Tərəfdaşlığı regionundakı münaqişələrin həllinə necə kömək edə bilər?â€� və “Türkiyə və Orta Şərq, yoxsa Türkiyə və Avropa Birliyiâ€� mövzularında çıxış edəcək. Birinci mövzu ilə bağlı son 20 ildə Şərq Tərəfdaşlığı ölkələrindəki, həmçinin Cənubi Qafqazdakı ağrılı münaqişələr, hər il bu münaqişələrdə ölənlərin sayının artması və onlardan tez-tez beynəlxalq siyasətdə alət kimi istifadə olunması, bu münaqişələrin həlli yollarının tapılması, BMT ilə ATƏT-in əməkdaşlığının bu regionda sabitliyin möhkəmləndirilməsinə necə təsir göstərəcəyi, sülhün təmin olunması üçün hansı mexanizmlərdən istifadə olunması ətrafında fikir mübadiləsi aparılacaq.
İkinci mövzu ilə bağlı Türkiyənin əvvəllər AB-yə inteqrasiya istiqamətində addımlar atmasına baxmayaraq, son zamanlarda, xüsusilə “Ərəb baharıâ€� zamanı özünü regional güc kimi nümayiş etdirməsi, Yaxın Şərq və Şimali Afrika regionundakı proseslərə təsir göstərən mövqeyi, xarici siyasət prioritetlərini dəyişməsi müzakirə olunacaq. Burada Ankaranın siyasətində hansı istiqamətin-Avropa, yoxsa Şərq oriyentasiyasının-dominantlıq təşkil edəcəyi sualına cavab axtarılacaq.
Millət vəkili, həmçinin Novi Sad şəhərində keçiriləcək XXII İqtisadi Forumu müşayiət edən Gənc Liderlərin 7-ci iqtisadi forumunda da çıxış edəcək və gənc avropalı liderlərlə fikir mübadiləsi aparacaq. A.Mollazadənin iştirak edəcəyi forumda, həmçinin “Avropanın iqlim siyasəti və onun AB-nin rəqabət qabiliyyətinə təsiriâ€�, “Böhran zamanı güclü liderlik-Avropa necə liderləri tələb edirâ€�, “Avropa necə ittifaq istəyir?â€�, “Avropa Birliyinin Şərq tərəfdaşlığı ölkələrinə dair sanksiya siyasəti â€�, “Avropada regional əməkdaşlıq mexanizmləri, “Gələcək regional siyasətâ€�, “Siz nə qədər uzağa gedə bilərsiz?â€�, “Təhlükəsizlik və insan hüquqlarıâ€�, “ABŞ-ın Asiyaya tərəf baxışları: Avropa üçün hansı nəticələrâ€� mövzuları müzakirə ediləcək. Müzakirələrə məşhur ekspertlər, AB ölkələrinin hökumət nümayəndələri, avropalı parlamentarilər, Avropanın nüfuzlu partiyalarının rəhbərləri, iş adamları, bankirlər, həmçinin UNESCO-nun baş direktoru İrina Bokova, Rumıniyanın prezidenti Trayan Besesku, Ukraynanın baş naziri Nikolay Azarov, Moldovanın baş naziri Vlad Filat və Avropanın digər məşhur siyasi xadimləri qatılacaq.