Qazaxıstanın xarici işlər naziri ilin sonuna qədər Azərbaycana səfər edəcək
Qazaxıstanın xarici işlər naziri Yercan Kazıxanov ilin sonuna qədər Azərbaycana səfər edəcək. “KƏLAMİNFOâ€� xəbər verir ki, bu barədə Qazaxıstanın Azərbaycandakı səfiri Serik Primbetov keçirdiyi mətbuat konfransında bildirib. O qeyd edib ki, hazırda səfərin vaxtı və proqramı üzərində iş gedir. Səfir eyni zamanda bildirib ki, noyabrın 19-20-də Azərbaycanda Qazaxıstan Mədəniyyət Günləri keçiriləcək.