Ermənistanın partiya lideri: “Türkiyə Ermənistana 100 mlrd. dollar təzminat ödəməlidirâ€�
Ermənistan martın 1-nə qədər protokolların təsdiqlənməsi üçün Türkiyəyə təzyiq etməlidir. KƏLAMİNFO xəbər verir ki, bu bəyanatla Ermənistanın Konstitusiya Hüququ Birliyi Partiyasının lideri Hayka Babukyan söyləyib.
O qeyd edib ki, əgər Türkiyə həmin tarixə qədər protokolları ratifikasiya etməsə Ermənistan onun qarşısına ön şərt qoymalıdır. H.Babukyan Türkiyəni “Erməni soyqırımıâ€�nı tanımağa, Ermənistana 100 mlrd. dollar məbləğində təzminat ödəməyə və “erməni torpaqlarıâ€�nı geri qaytarmayğa çağırıb.
Xatırladaq ki, Türkiyə ilə Ermənistan arasında əlaqələrin normallaşması ilə bağlı məlum protokolların imzalanması müxtəlif ölkələr, o cümlədən Azərbaycan tərəfindən də birmənalı qarşılanmadı. Əksər ekspertlər sözügedən protokolların gələcəkdə Türkiyə üçün böyük problemə çevriləcəyini söyləyiblər.