Suriyadakı vəziyyətə dair çoxtərəfli görüş keçiriləcək
Bu gün BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvünün, Türkiyə və bir neçə ərəb dövlətinin iştirakı ilə görüş keçiriləcək. “KƏLAMİNFOâ€� “Lenta.ruâ€�ya istinadən xəbər verir ki, görüşdə Suriyadakı vəziyyət müzakirə olunacaq. Bundan əvvəl Təhlükəsizlik Şurası beynəlxalq müşahidəçilərin geri çağırılması haqqında qərar qəbul edib.
Son müşahidəçilər Dəməşqi avqustun 25-də tərk edəcək. BMT-nin sülhməramlı qüvvələrinin komandan müavini Edmon Mool bildirib ki, Suriya hakimiyyəti və üsyançılar “müharibə yolunu seçiblərâ€�.
Dünən əlcəzairli diplomat Lahdar Brahiminin Kofi Annanı BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi vəzifəsində əvəz edəcəyi məlum olub. Brahimi Annanı sentyabrın 1-dən əvəz edəcək.