TQDK-dan ali məktəblərə qəbul olan abituriyentlər üçün ciddi xəbərdarlıq
Cari tədris ili üçün ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarının nəticələrinə əsasən müsabiqə şərtlərini ödəyən abituriyentlər avqustun 7-dən avqustun 16-dək internet vasitəsilə ixtisas seçimi aparırlar. Artıq seçim vaxtının başa çatmasına 1 gün qalır. Bu barədə məlumatı “KƏLAMİNFOâ€�ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən veriblər.
İxtisas seçimi 16 avqust saat 23:59-da başa çatacaq. Həmin vaxta qədər ixtisas seçiminə buraxılmış bütün abituriyentlər ixtisas seçimi etməli və mütləq “Abituriyentin elektron ixtisas seçimi ərizəsiâ€�ni təsdiqləməlidirlər. Ərizələrini təsdiqləməyən abituriyentlər müsabiqədə iştirak etmək hüququnu itirirlər. İxtisas seçimi mərhələsində abituriyentlər qəbul olmaq istədikləri ixtisasları seçib onların kodlarını “Abituriyentin elektron ixtisas seçimi ərizəsiâ€�nə daxil edirlər. 15 avqust saat 10:00-dək həmin abituriyentlərdən 34081 nəfəri ixtisas seçimi ərizəsini təsdiq edib. Bölmə və ixtisas qrupları üzrə təsdiqlənmiş elektron ərizələrin sayı haqqında məlumat www.tqdk.gov.az saytında verilib.