Politoloq: “Çətin ki, Rusiya bu modeli Azərbaycana tətbiq etsinâ€�
“Bu gün Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı Rusiya modelində işğal olunmuş ərazilərin müstəqil olması və ya Ermənistana birləşməsi mümkün deyilâ€�. “KƏLAMİNFOâ€� xəbər verir ki, bu barədə politoloq Mübariz Əhmədoğlu bildirib.
O qeyd edib ki, əks halda bu, Rusiyanın Cənubi Qafqazda mina hazırlayıb və bu minanı Şimali Qafqaza ötürməsi demək olardı: “Rusiya anlamında erməniləri qane edə biləcək yeganə variant Dnestryanı münaqişəni tənzimləmək üçün Rusiyanın təqdim etdiyi “xüsusi status modeliâ€� ola bilər. Lakin çətin ki, Rusiya bu modeli Azərbaycana tətbiq etsin. Rusiyanın ortalığa qoyduğu variant Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin daha çox nəzərə alınması istiqamətində olacaqâ€�.
M.Əhmədoğlu deyib ki, Abxaziya və Cənubi Osetiyanın Dağlıq Qarabağdakı “prezident seçkiləriâ€�nin nəticələrinə görə “qalibâ€� elan edilən Bako Saakayanı təbrik etməmələri Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində mövqeyinin ermənilərin ziyanına dəyişdiyinin göstəricisidir: “Erməni ekspertlərin və ermənipərəst Rusiya siyasətçilərinin bu məsələyə münasibət bildirməmələri də vəziyyəti qətiyyən dəyişmir. Onlar susmaqla Rusiyanın Dağlıq Qarabağ məsələsində dəyişilmiş mövqeyini neytrallaşdıra bilməyəcəklərâ€�.
Onun sözlərinə görə, münaqişənin tənzimlənməsi prosesində aktivlik Ermənistanın maraqlarına cavab vermir.