Mübariz Əhmədoğlu: “Ukrayna rəsmiləri bu sınaqdan uğurla çıxa bilmədilərâ€�
“Ukraynanın Ermənistana silah satması xəbəri ermənilərin və ermənipərəst qüvvələrin növbəti araqarışdırma üsulu idiâ€�. “KƏLAMİNFOâ€� xəbər verir ki, bu barədə bu gün Beynəlxalq Mətbuat Mərkəzində (BMM) keçirdiyi “Qarabağ saatıâ€�nda politoloq Mübariz Əhmədoğlu bildirib.
O qeyd edib ki, burada məqsəd tərəfdaş ölkə olan Azərbaycanla Ukraynanın münasibətlərinə zərər gətirməkdir: “Bu, həqiqətə uyğun deyil. Əvvəla, Ermənistanda Rusiya hərbi bazası var və ermənilərin başqa yerdən silah almağa ehtiyacı yoxdur. İkincisi də necə olur ki, mütəmadi olaraq Ermənistanın Azərbaycanla tərəfdaş olan ölkələrdən - Moldovadan, Rumıniyadan, Litvadan, indi də Ukraynadan silah alması xəbəri dövriyyəyə buraxılır?! Çünki Azərbaycanın tərəfdaş olduğu, silah aldığı bu ölkələrlə güclü münasibəti Ermənistana sərf eləmirâ€�.
M.Əhmədoğlu deyir ki, bu xəbər Ukrayna-Azərbaycan münasibətlərinə bir zərbə idi və təəssüflər olsun ki, Kiyev rəsmiləri bu sınaqdan uğurla çıxa bilmədilər.