Lukaşenko: “Oyuncaq işinə adekvat cavab tapacağıqâ€�
Belarus prezidenti Aleksandr Lukaşenko İsveçlə yaşanan diplomatik böhranın Minsk səmalarında uçan təyyarədən atılan oyuncaq ayılarla bağlı olmadığını deyib. “KƏLAMİNFOâ€� Belarusun rəsmi xəbər agentliyi “Beltaâ€�ya istinadən xəbər verir ki, Lukaşenko jurnalistlərlə söhbətində: “Bəziləri bu problemi oyuncaq ayıyla və ya fillə əlaqələndirir. Amma bunlar tamamilə ayrı-ayrı məsələlərdirâ€� deyib. Belarus prezidenti iddia edib ki, Stokholm və Minsk arasında səfirlərin dəyişdirilməsinə dair razılaşma olsa da, sonradan İsveç tərəfi bu razılaşmanı pozub və nəticədə diplomatik konflikt yaranıb. “Oyuncaq ayıâ€� məsələsinə gəlincə, Lukaşenko bunun yalnız İsveçin deyil, Litvanın da rol oynadığı ayrı mövzu olduğunu deyib: “Bu mövzu da İsveç və Litvadan beynəlxalq standartlar çərçivəsində izahat tələb edir. Hazırda biz bununla məşğuluq. Onların cavabları beynəlxalq normalara uyğun olmasa, biz bu oyuncaq işinə adekvat cavab tapacağıqâ€�.