Birləşmiş Ukrayna müxalifəti məhkəmə yolu ilə Mərkəzi Seçki Komissiyasında keçmiş baş nazir Yuliya Timoşenko və keçmiş nazir Yuri Lutsenkonun deputatlığa namizədliyinin qeydə alınmasına nail olmaq istəyir. “Dəyişiklik cəbhəsiâ€�nin lideri Arseni Yasenyukun sözlərinə görə, ölkə Konstitusiyası və beynəlxalq qanunlara görə, onların ikisi də parlament uğrunda mübarizə apara bilərlər. Onun sözlərinə görə, Avropa insan haqları məhkəməsi seçkiyə 3 ay qalmış Ukrayna məhkəməsinin Timoşenko barəsində çıxardığı siyasi motivli qərarı ləğv edə bilər.