Ukraynada oktyabr ayının 28-də keçiriləcək parlament seçkilərindən əvvəl 90 günlük kampaniyaya start verilib. Lakin ölkənin ən qabaqcıl müxalifət lideri Yuliya Timoşenko yarışlara qatıla bilməyəcək. 2010-cu ildə prezident seçkilərində məğlub olan Timoşenko həbs cəzası altındadır. İndi onu partiyasının Kiyevdəki qərargahında qızı Yevgeniya əvəz edir. “KƏLAMİNFOâ€� “Lenta.ruâ€�ya istinadən xəbər verir ki, ailəsini Londonda qoyub Kiyevə gələn Yevgeniya anasının azadlığa buraxılmasına çalışır: “Mənim anam dövlətin nəzarəti altında olan xəstəxanadadır. Həkimlərə daim təzyiq göstərilir. Məni onun həyatı qorxudurâ€�.
Rəy sorğularına görə, Timoşenkonun nüfuzu artmaqdadır. Hazırda o, prezident Yanukoviçin əsas rəqibidir. Timoşenkonun tərəfdarları onunla həmrəylik kampaniyasına başlayıb.