I və III ixtisas qrupuna daxil olan ixtisaslar üzrə qabiliyyət imtahanları başa çatıb
Azərbaycanda ali məktəblərin I və III ixtisas qrupuna daxil olan ixtisaslar üzrə qabiliyyət imtahanları başa çatıb. “KƏLAMİNFOâ€� xəbər verir ki, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib.
O qeyd edib ki, III ixtisas qrupu üzrə xüsusi qabiliyyət tələb edən ixtisaslara qabiliyyət imtahanlarında iştirak etmək üçün komissiya tərəfindən keçirilmiş seçmə turdan 3225 abituriyent müvəffəqiyyətlə keçərək qeydiyyata alınıb: “Onlardan 1417 nəfəri test imtahanında müvafiq müsabiqə şərtini ödəyərək qabiliyyət imtahanına qatılıb. Qabiliyyət imtahanından 998 nəfər müvəffəq qiymət alaraq ixtisas seçiminə buraxılıbâ€�.
TQDK sədri deyib ki, I ixtisas qrupu üzrə xüsusi qabiliyyət tələb edən ixtisaslara qabiliyyət imtahanlarında iştirak üçün 1089 abituriyent komissiya tərəfindən keçirilən seçmə turda qeydiyyatdan keçib: “Onlardan da 635 nəfəri test imtahanında müvafiq müsabiqə şərtini ödəyərək qabiliyyət imtahanına qatılıb. 446 nəfər qabiliyyət imtahanını uğurla verərək ixtisas seçiminə buraxılıbâ€�. Onun sözlərinə görə, bütün qruplar üzrə ixtisas seçimi avqustun 7-dən 16-dək internet vasitəsilə aparılacaq.