Mədəniyyət və Turizm Nazirliyi yaxın günlərdə e-hökumət portalına tam inteqrasiya olunacaq
Mədəniyyət və Turizm Nazirliyi (MTN) üçün server otağı tikilərək istifadəyə verilib. Bu, “Elektron Hökumətâ€� Dövlət İnformasiya Sisteminə (EHDİS) qoşulmaq, serverlərin saxlanılması, xidmətlərin göstərilməsi, daxili informasiyanın qorunması üçün istifadə olunacaq. “KƏLAMİNFOâ€� xəbər verir ki, bu barədə Mədəniyyət və Turizm Nazirliyinin Analitik təhlil və proqramlar təminatı şöbəsinin müdiri Qabil Abbasov “İCTnewsâ€�a bildirib. Q.Abbasov qeyd edib ki, təmsil etdiyi nazirlik bir neçə “elektron imzaâ€� alıb. Eyni zamanda 20-dək “e-imzaâ€�nın alınması üçün sifariş verib. Nazirliyin yeni elektron xidmətlər saytını (e-services.mct.gov.az) yaratdığını önə çəkən Q.Abbasovun sözlərinə görə, burada turizm sahəsi üzrə 12 elektron xidmət göstərilir: “Hazırda vətəndaşlar heç bir maneə ilə üzləşmədən bu xidmətlərdən istifadə edə bilərlər. Onu da qeyd edim ki, mədəniyyət sahəsi üzrə də elektron xidmətlər hazırlanır və yaxın zamanlarda onlar da sayta yüklənəcəkâ€�.
Q.Abbasov deyib ki, nazirliyin “Elektron Hökumətâ€� Dövlət İnformasiya Sisteminə qoşulması üçün optik xətt çəkilişi başa çatdırılıb: “İndi bununla bağlı bir sıra avadanlıqlar sifariş olunub. Onların da bir ay müddətində gətiriləcəyi gözlənilir. Bundan sonra “Elektron Hökumətâ€� portalına tam qoşulmamız təmin olunacaqâ€�.