“Maliyyə xidmətlərinin inkişafıâ€� layihəsi çərçivəsində lisenziya alan poçt şöbələrinin sayı minə çatıb. “KƏLAMİNFOâ€�nun məlumatına görə, bunu Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidmətinə “Azərpoçtâ€� MMC-nin Hüquq şöbəsinin müdiri Yaşar Əhmədov bildirib.
Y.Əhmədovun sözlərinə görə, bəzi texniki işlər həyata keçirildikdən sonra belə şöbələrin sayı daha çox olacaq. Şöbə müdiri eyni zamanda şəbəkənin daha da genişləndirilməsi ilə nağdsız ödəniş sisteminin inkişaf etdiriləcəyini qeyd edib.