Əmanətlərin qaytarılmasına indiyədək 147 milyon manat xərclənib
İyulun 30-na olan məlumata görə, “Kapital Bankâ€�ın xidmət məntəqələrinə 449 min 69 müraciət daxil olub. “KƏLAMİNFOâ€� xəbər verir ki, bu barədə bankın İdarə Heyətinin sədri Elmar Məmmədov məlumat verib. Onun sözlərinə görə, bu müraciətlərdən 393 min 16-sı məntəqələrdən mərkəzə təqdim edilib. Bu dövr ərzində 263 min 215 əmanətçiyə ümumilikdə 147 131 879,60 manatlıq vəsait ödənilib: “Bildiyiniz kimi, fərdi birdəfəlik ödəmələrin verilməsi 65-i Bakı şəhərində, 78-i respublikamızın digər regionlarında olmaqla “Kapital Bankâ€� tərəfindən ölkə üzrə yaradılmış 143 xidmət məntəqəsində həyata keçirilirâ€�.