Rusiyalı casuslar övladlarını agent etmək istəyib?
İki il əvvəl ABŞ-da aşkar edilmiş rus casusları öz uşaqlarını agent kimi “işəâ€� cəlb etməyi planlaşdırıb və onların ən azı biri valideynlərinin təklifinə razılıq verib. “KƏLAMİNFOâ€� xəbər verir ki, bu haqda məlumatı ABŞ-ın keçmiş rəsmi nümayəndələrinə əsasən Wall Street Journal qəzeti verib. Qəzetin yazdığına görə, Amerikada anadan olmuş, ya da boya-başa çatmış uşaqlar onlara etibarın daha yüksək olmasına görə öz valideynlərindən daha effektiv fəaliyyət göstərə bilər. Vaşinqtondakı Rusiya səfirliyinin nümayəndəsi Wall Street Journal qəzetində məlumatları şərh etməkdən imtina edib.