Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    QƏZƏL
    Qalmışam sənsiz əcəb ey nazlı canan, hardasan?!

    Könlümü yox kimsə etsin, hüsnə heyran, hardasan?!



    Hər gecə ulduzlar ilə səndən etdim söhbəti,

    Bilmədi göylər necə dəhşətdi hicran, hardasan?!


    Sanma ki, şair kimi hər yerdə şeirim söylərəm,

    Eylərəm şeirimlə mən, dərdimi elan, hardasan?!


    Gah külək ətrin gətirdi, gah yağış göz yaşını,

    Hər hara baxdımsa oldum mən pərişan, hardasan?!


    Zülm ilə sənsiz keçən gündür, ağarmış hər saçım,

    Aşiqə cövr eyləyərmi, sevdiyi Can, hardasan?!


    Görmədi zindanda Yusif, nə Züleyxa qəsrdə,

    Mən çəkən min dərdi, ey sevdalı sultan, hardasan?!


    Mən şəhərdə çəkmişəm, səhrada Məcnun çəkdiyin,

    Leylidən üstün gözəl ey nazlı ceyran, hardasan?!


    Bu Əziz Pünhan nə vaxtdır həsrətində qovrulur,

    Vəslinə çünki nə yol bilmir, nə ünvan, hardasan?!


            * * *

    Yığış ey qönçə dahan, külbeyi-hicranıma gəl,

    Boynuma minnəti qoy, bircə mənim yanıma gəl.


    Gün kimi dövrə vurum, tazə hilalın başına,

    Kam alıb zövq ilə gir cəzbəmə, dövranıma gəl.


    Eşq meydanı açıb rüsvay edim Fərhadı,

    Sən də şirin gülüşünlə, yenə meydanıma gəl.


    Qaş-göz oynat, hədəf et, sinəmi qəmzəm oxuna,

    Mən də şövq ilə deyim, hər oxa “lütf et, cana gəl”.


    Mən təvaf eyləyim hüsnün ki, ola Həcc tamam,

    Sən tamaşa eləməkçün bu gözəl qurbana gəl.


    Bilmirəm ki, səni yollar aparır hansı yana,

    Özgə bir kimsəyə yox, gəl sən, Əziz Pünhana gəl.


    Əziz PÜNHAN

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 727
    +  -  Çap 

    08.05.14
    Təcnislər
    08.05.14
    Müstəzadlar
    08.05.14
    Saqinamə
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2025
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    İyul.2025
    .......
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031