Bəstəkarlar İttifaqında Qara Qarayevin ad günü münasibətilə tədbir keçiriləcək
Cari ilin fevralın 5-də Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) dünya şöhrətli Azərbaycan bəstəkarı Qara Qarayevin ad günü münasibətilə tədbir keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya ABİ-in mətbuat katibi İltifat Hacıxanoğlu verib.
Tədbirdə “Qara Qarayev: tələbələrin xatirələriâ€� adlı kitabın təqdimatı da keçiriləcək. Nəşrin tərtibatçısı Nərgiz Şəfiyevadır. Q.Qarayevin yaradıcılıq irsi musiqi sənətinin demək olar ki, bütün janrlarını əhatə edir. Belə ki, o, “Vətənâ€� və “Zəriflikâ€� operaları, “Yeddi gözəlâ€� və “İldırımlı yollarlaâ€� baletlərinin, “Leyli və Məcnunâ€� simfonik poeması və bir çox başqa məşhur əsərlərin müəllifidir.