Fazil Mustafa: “AXCP və Müsavatdan seçkidə qalib gəlmək şansı olan namizəd görmürəmâ€�
“Azərbaycanda qarşıdan gələn prezident seçkiləri ilə bağlı bir qrup müxalif partiyasının ortaya atdığı “vahid namizədâ€� termininin özü yanlışdır. Çünki vahid namizəddən əvvəl bu məsələdə daha çox şanslı namizəd üzərində düşünmək lazımdırâ€�. Bunları “KƏLAMİNFOâ€�ya açıqlamasında Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa bildirib.
O qeyd edib ki, hazırda şanslı namizəd termininin üzərində düşünmək həmin partiyalar, xüsusilə də AXCP və Müsavat partiyaları üçün daha vacib olardı: “Müxalifətdə ola bilsin ki, 5-6 ayrı-ayrı prezidentliyə namizəd ola bilər, amma hakimiyyət təmsilçiliyində qalib gəlmək üçün müəyyən parametrlərə ehtiyac var. Ona görə də o partiyalar əvvəlcə bu parametrlərə cavab verən namizəd haqqında düşünməlidirlər. Bunlar hazır odluqdan sonra ikinci tura keçid məsələsini nəzərdən keçirmək olar. Çünki bu halda ikinci tura keçilərsə, o zaman vahid namizəd öz-özünə formalaşacaq.
Çünki qeyd etdiyim parametrlərlə kim ikinci tura keçə bilirsə, o zaman artıq iştirakı mümkün olmayan digər namizəd ona dəstək verə bilir. Ona görə də indidən vahid namizəd məsələsini qaldırmaq heç prosedura baxımından düzgün deyilâ€�. F.Mustafa AXCP və Müsavat partiyalarının Azərbaycandakı prezident seçkilərindəki şansına da toxunub. O, bu partiyaların qarşıdan gələn seçkilərdə heç bir perspektivinin olmadığını bildirir: “Hətta ən demokratik, heç bir müdaxiləsiz seçki olsa belə, o partiyalardan seçkidə qalib gəlmək şansı olan namizəd görmürəmâ€�.