Bu gün hakim Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında partiyanın sədr müavini, deputat Əli Əhmədov Milli Mətbuat günü ilə bağlı jurnalistlərlə görüşüb. “KƏLAMİNFOâ€� xəbər verir ki, görüşdə çıxış edən Ə.Əhmədov bildirib ki, Azərbaycanda ictimai maraqlara tam cavab verən, inkişaf etmiş mətbuat mövcuddur.
O qeyd edib ki, insan hüquqları və söz azadlığını prinsip götürən Azərbaycan dövləti də söz azadlığının inkişafında, ictimai maraqların qorunmasında tam olaraq maraqlıdır: “Azərbaycan mətbuatının modernləşməsini, təkmilləşməsini Azərbaycanın inkişafından kənarda təsəvvür etmək mümkün deyilâ€�.
Ə.Əhmədov bildirib ki, Azərbaycanda gələn hər bir ötən ildən daha yaxşı olur: “Bu, bütün sahələrdə özünü göstərdiyi kimi mətbuatın inkişafında da özünü göstərirâ€�. Daha sonra Ə.Əhmədov jurnalistləri peşə bayramı münasibəti ilə mükafatlandırıb.