Rusiyanın xarici işlər naziri Sergey Lavrov yeni “soyuq müharibəâ€� proqnozlaşdırmadığını deyib.â€� KƏLAMİNFOâ€� xəbər verir ki, “Qolos Rossiiâ€� radiosunda canlı yayımda iştirak edən Lavrov beynəlxalq aləmdəki proseslərə nəzər saldığı zaman yeni “soyuq müharibəâ€� olacağını düşünmədiyini söyləyib. Nazir Rusiya-ABŞ əlaqələrinin qlobal balansın təmin olunması baxımından kritik əhəmiyyət daşıdığını vurğulayıb: “ABŞ ilə əməkdaşlığa davam edirik. Xüsusilə ABŞ-dakı respublikaçılardan Rusiyanı ittiham edən açıqlamalar eşitdiyimiz zaman buna gözlərimizi yuma bilmərik. Ancaq bu cür ittihamedici açıqlamaların ABŞ-ın siyasətini əks etdirdiyini düşünmürəm. Rusiyada və ABŞ-da məsuliyyətli davranan hər bir siyasətçi iki ölkə arasındakı əlaqələrin beynəlxalq arenada balansın təmin olunması baxımından mühüm olduğunu görürâ€�.