Cəmiyyətin hüquqi maarifləndirilməsinə dair kitab çap olunub
Bu gün Beynəlxalq Mətbuat Mərkəzində “Azərbaycanâ€� qəzeti və “Azərbaycan Hüquq İslahatları Mərkəziâ€� İctimai Birliyinin birgə təşəbbüsü ilə nəşr olunan “Vəkil Məsləhətləri Toplusuâ€� kitabının təqdimatı keçirilib. “KƏLAMİNFOâ€� xəbər verir ki, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə nəşr olunan kitabın qayəsi əhalinin hüquqi maarifləndirilməsi səviyyəsinin artırılması vasitəsilə onların məhkəmələr və digər dövlət orqanlarına çıxış imkanlarını asanlaşdırmaqdır.
Təqdimat mərasimində çıxış edən “Azərbaycanâ€� qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov nəşrin ölkəmizdə insan hüquqlarının səmərəli təmin edilməsi baxımından əhəmiyyətli olduğunu deyib.
“Azərbaycan Hüquq İslahatları Mərkəziâ€� İctimai Birliyinin sədri, Hakimlərin Seçki Komitəsinin üzvü Anar Bağırov hazırkı dövrdə insanların hüquqi maarifləndirilməsinin əhəmiyyətli olduğunu, onların daim inkişaf edən hüquq münasibətləri ilə ayaqlaşmalarının önəmini vurğulayıb.
Tədbirdə bir sıra hakim, vəkil, dövlət və QHT nümayəndələri nəşrin əhəmiyyətindən bəhs edib, ilk dəfə nəşr olunan belə kitabın cəmiyyətin hüquqi maarifləndirilməsi baxımından önəmini vurğulayıb, bu kimi topluların genişləndirilməsi və təkmilləşdirilməsinin zəruriliyini qeyd etməklə, bir sıra irad və təkliflərini bildiriblər.
Qeyd edək ki, nəşrin məzmunu sual-cavab formasındadır. Kitabda “Azərbaycanâ€� qəzetində 2009-cu ildən etibarən dövrü olaraq “Bakı Hüquq Mərkəzi oxucuların suallarına cavab verirâ€� rubrikası çərçivəsində vətəndaşların hüquqa dair cavablandırılmış sualları əks olunub.