Elmar Məmmədyarov: “Türkmənistan Azərbaycana “Kəpəzâ€� yatağı ilə bağlı rəsmi olaraq heç bir təklif göndərməyibâ€�
“Türkmənistan Azərbaycana Xəzərdəki “Kəpəzâ€� yatağı ilə bağlı rəsmi olaraq heç bir təklif və yaxud nota göndərməyibâ€�. “KƏLAMİNFOâ€� xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bildirib.
O qeyd edib ki, rəsmi Bakı hər dəfə təklif verir ki, Rusiya və Qazaxıstanla əldə oluna razılıq mexanizmini Türkmənistan ilə də əldə eləsin: “Bu mexanizm, həmçinin İrana da təklif olunub. İnanırıq ki, Xəzər sahilində yerləşən 3 dövlətin (Azərbaycan-Rusiya-Qazaxıstan) gəldiyi razılığa digər 2 dövlət də (İran və Türkmənistan) gələcəkâ€�.