Nazim İbrahimov: “İranda həbs olunan azərbaycanlı gənclər günahsızdırlarâ€�
"Hər bir azərbaycanlının xarici ölkələrdə başına gələn istənilən problem Azərbaycan dövlətini düşündürür və dövlət qurumları bu işlə ciddi məşğul olurlarâ€�. “KƏLAMİNFOâ€� xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov deyib. “Hesab edirəm ki, İranda həbs olunan gənclərimiz günahsızdırlar və tez bir zamanda buraxılmalıdırlar" - deyə N. İbrahimov qeyd edib. Onun sözlərinə görə, İranın Azərbaycana qarşı atdığı hər addıma Dövlət Komitəsinin əhatə etdiyi bütün diaspor təşkilatlarının öz reaksiyası var.