BDU-ya yataqxana kompleksinin tikintisi üçün maliyyə vəsaiti ayrılıb
Bakı Dövlət Universitetinə yataqxana kompleksinin tikintisi üçün dövlət başçısının sərəncamı ilə maliyyə vəsaiti ayrılıb. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə məlumatı jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov deyib. Gəncədə 3 universitetin fəaliyyət göstərdiyini diqqətə çatdıran nazir qeyd edib ki, oradakı Gəncə Aqrar Universitetinin ərazisində yataqxana kompleksinin tikintisi nəzərdə tutulur: “Yataqxanaların tikilməsi Azərbaycana gələn əcnəbi tələbələrin sayının artmasına səbəb olacaq”.