Bakıda “Kinoşokâ€� festivalının qalib filmlərinin nümayişi başlayıb
Bu gün Nizami Kino Mərkəzində Mədəniyyət və Turizm Nazirliyi, MDB ölkələri Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu və MDB-yə üzv, Latviya, Litva və Estoniyanın “Kinoşokâ€� Açıq Kino Festivalı Bakıda festivalın qalib filmlərini nümayiş etdirəcək. “KƏLAMİNFOâ€�nun məlumatına görə, festivalın yaranma tarixinin 20 illiyinə həsr olunan tədbirdə “Kinoşokâ€�u təmsil edən bir qrup kino sənətkarı da iştirak edəcək. Dörd filmdən ibarət yubiley proqramının açılışı artıq rejissor Rüstəm Abdraşevin (Qazaxıstan) “Dirçəliş adasıâ€� filmi ilə baş tutub. Saat 21:00-da isə rejissor Yuriy Mamin (Rusiya-Fransa) “Parisə pəncərəâ€� filmi nümayiş olunacaq. Bu gün həmçinin saat 18.00-da tədbirin qonaqları Nizami Kino Mərkəzinin Mətbuat Klubunda mətbuat konfransı keçirəcək.
Sabah isə saat 19:00-da rejissor Yusup Razıkov (Özbəkistan) “Natiqâ€� filmi, saat 21:00-da isə rejissor Şarunas Bartas (Litva-Rusiya-Fransa) “Avrasiyalıâ€� filmi göstəriləcək.