Qüdrət Həsənquliyev: “İrandan olan təhdidlər qarşısında Qərbdən heç bir dəstək görmədikâ€�
“Azərbaycan Qərblə əməkdaşlığa yüksək önəm verdiyi halda İrandan olan təhdidlər qarşısında heç bir dəstək görmədi. Hətta qardaş Türkiyə belə İrandan Azərbaycana olan təhdidlərlə bağlı bir dəfə də olsun bəyanat vermədiâ€�. “KƏLAMİNFOâ€� xəbər verir ki, bunları bu gün Bakıda keçirilən “Azərbaycan və NATO əlaqələri Çikaqo Sammitindən sonra, Perspektivlər üçün yeni imkanlarâ€� adlı beynəlxalq konfransda Azərbaycanın NATO PA-da nümayəndə heyətinin üzvü, deputat Qüdrət Həsənquliyev bildirib. O qeyd edib ki, hətta Almaniya müasir hərbi komponentləri Azərbaycana vermək niyyəti olduğu üçün Türkiyəyə satmaqdan imtina edib. “Bundan başqa, biz tərəfdaş olduğumuz NATO-dan belə silah ala bilmirik.
NATO bizim ilə quru əməkdaşlıqla kifayətlənməməlidirâ€� - deyə Q.Həsənquliyev vurğulayıb. O, həmçinin ABŞ-ı da bu məsələdə ittiham edib. “Necə olur ki, torpaqlarını 20 faizi işğal olunan Azərbaycandır, amma ABŞ bizim əvəzimizə “Azadlığa yardımâ€� aktına 907-ci düzəlişi edərək işğalçı Ermənistana yardım edir. Biz isə ABŞ-dan heç silah belə ala bilmirikâ€� - deyə o əlavə edib. Onun sözlərinə görə, Azərbaycan ABŞ və Qərb ilə yaxından əməkdaşlıq etdiyi halda hələ də İran və Rusiyanın təhdidləri qarşısındadır.