“Eurovision–2012â€�-nin ən yadda qalan iştirakçıları “Buranovskiye babuşkiâ€� qrupu öz vətənlərini layiqincə təmsil etmələri səbəbindən Udmurtiyada onların şərəfinə tarixi gün elan olunub. “KƏLAMİNFOâ€�nun məlumatına görə, Udmurtiya Respublikasının rəhbəri Aleksandr Volkov bildirib ki, nənələrin Bakıda mayın 26-da final konsertində uğurlu çıxışından sonra elə həmin tarix – 26 May Nənələr Günü elan olunub.
Qeyd edək ki, hazırda nənələr qastrola hazırlaşır. Möhtəşəm müsabiqədə ikincilik qazanan nənələr yay ərzində Latviyada, Belarusda olacaq. Qrup Junior “Eurovision 2012â€�-nin Rusiya üzrə seçim turunda, iyunun 12-də isə Rusiya günündə çıxış edəcək.