Elldən “Progressive Houseâ€� janrında tam yeni mahnı
Odlar Yurdu Azərbaycanın paytaxt Bakıda mükəmməl keçirilən “Eurovision–2012â€� mahnı müsabiqəsindən dərhal sonra bu mötəbər yarışmanın qalibi Eldar Qasımov öz yeni musiqi layihəsinə başlayıb. “KƏLAMİNFOâ€� xəbər verir ki, müğənni sıx qastrolları və iş qrafikinə baxmayaraq, artıq iki aydır ki “I’m Freeâ€� adlı yeni sinql üzərində işləyir. Yeni sinqlla bağlı təəssüratlarını bölüşən Ell bu mahnının onda tamamilə yeni hisslər yaşatdığını etiraf edib: “Mənim üçün bu layihə, bu mahnı tam yeni bir hissdir. Mən heç vaxt bu üslubda oxumamışam və buna görə də “Progressive Houseâ€� musiqi stilinin pərəstişkarları, ifaçıları qarşısında böyük məsuliyyət hiss edirəm. Mən özümü başqa tərəfdən tanımaq istəyirəm. Bu bir imtahan kimidirâ€�.
Qeyd edək ki, mahnının müəllifləri Ell özü, “AzeriLife Music Entertainmentâ€� prodüserlik mərkəzi – DJ və prodüser Aligee (Əli Abasbəyli) və Rasif Babayevdir.