Mədəniyyət və Turizm Nazirliyi tərəfindən may ayı ərzində bəzi şirkətlərə turizm fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya verilib. Nazirlikdən “KƏLAMİNFOâ€�ya verilən məlumata görə, “Alean Companyâ€� MMC, “Sahil Travelâ€� MMC, “AYF Safari İnternationalâ€� MMC, “Bakı-Turâ€� MMC və “Fun Travelâ€� MMC bu lisenziyaları alıb.
Qeyd edək ki, xüsusi razılıqlar sənədləri Azərbaycan prezidentinin fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında qaydalarâ€�a və Nazirlər Kabinetinin “Fəaliyyət növlərinin xüsusiyyətlərindən asılı olaraq xüsusi razılıq ( lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər barədəâ€� qərarına uyğun olaraq verilib.