Ziyafət Əsgərov: “Diplomatlar getsinlər qaçqın və məcburi köçkünlərlə görüşsünlərâ€�
Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov Azərbaycanda fəaliyyət göstərən bir sıra səfirliklər və diplomatik korpus nümayəndələrinin İctimai Palatanın üzvləri ilə görüşünə münasibət bildirib. “KƏLAMİNFOâ€� xəbər verir ki, vitse-spiker diplomatik missiyaların fəaliyyəti ilə bağlı konvensiyada belə məsələlərin nəzərdə tutulduğunu bildirib: “Biz buna faciə kimi baxmırıq. Diplomatlar görüşə və söhbət edə bilərlər. Amma niyə onlar məhz bu insanlarla görüşürlər, başqa kateqoriyadan olan insanlarla görüşmürlər? Onlar getsinlər Azərbaycanın 1 milyon qaçqın və məcburi köçkünləri ilə görüşsünlər! Niyə onlar qaçqınlarla görüşmürlər?! Amma sabitləşmiş Azərbaycanın stabilliyini pozmağa meyil edən qüvvələrlə görüşürlərâ€�. Ziyafət Əsgərov bu görüşləri analiz edərkən belə bir fikrə gəlib ki, burada məqsəd həmin qüvvələri qızışdırmaqdan ibarətdir.
“Diplomatların istənilən şəxslərlə görüşməyə ixtiyarı var, amma onlar ictimai-siyasi sabitliyin pozulması ilə əlaqədar söhbət edərlərsə, əlbəttə, bu, diplomat strategiyasına sığan məsələ deyil və etikadan kənardır. Biz bu məsələyə biganə qala bilmərikâ€� – deyən vitse-spiker Azərbaycanda fəaliyyətdə olan diplomatik korpus nümayəndəliklərinə müraciət də edib: “Əgər belə görüşlər Azərbaycanda bərqərar olan ictimai-siyasi sabitliyin pozulmasına xidmət edirsə, bu, bilavasitə Azərbaycanın daxili işlərinə qarışmaq deməkdirâ€�. Ziyafət Əsgərov bu görüşləri başqa cür qiymətləndirə bilmədiyini vurğulayıb.