Səfər Əbiyev Ukrayna Baş prokurorunun müavini ilə görüşüb
Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev aprelin 25-də Ukrayna Baş Prokurorluğu Hərbi prokurorluq baş idarəsinin rəisi, baş prokurorun müavini Yuri Viytevi qəbul edib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən “KƏLAMİNFOâ€�ya verilən məlumata görə, görüşdə hərbi qanunvericiliyin təkmilləşdirilməsi məsələləri barədə fikir mübadiləsi aparılıb.
S.Əbiyev ukraynalı qonağı regionda hərbi-siyasi durum və Ermənistanın təcavüzkar siyasətinin nəticələri barədə məlumatlandırıb.
Görüşdə Azərbaycanın hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev də iştirak edib.