“Eurovisionâ€� üçün jurnalistlərin akkreditasiya prosesi başa çatmaq üzrədir
“Eurovisionâ€� Mahnı Müsabiqəsini yalnız akkreditasiyadan keçmiş yerli və xarici media nümayəndələri işıqlandıra biləcək. Xatırladaq ki, akkreditasiya sistemi fevralın 15-dən etibarən açıqdır. Bu proses ənənəvi olaraq www.eurovision.tv saytında Eurovision Family Accreditation System (EFAS) vasitəsi ilə həyata keçirilir. Qeydiyyat aprelin 20-dək davam edəcək.
Akkreditasiya sistemi başa çatdıqdan sonra qeydiyyatdan keçən jurnalistlərə təsdiq "e-mail"ləri göndəriləcək. Qeydiyyatdan keçmiş jurnalistlər sənədlərini şou ərəfəsində Mətbuat Mərkəzində yerləşən Akkreditasiya Mərkəzindən əldə edə biləcəklər. Qeyd edək ki, Mətbuat Mərkəzi “Bakı Kristal Zalıâ€� yaxınlığında inşa edilib. Sahəsi 5000m2 olan Mətbuat Mərkəzinin tikintisi artıq başa çatıb. Burada akkreditasiyadan keçən yerli və xarici jurnalistlərin rahat işləməsi üçün geniş imkanlar, o cümlədən yüksək sürətli internet və 775 nəfərlik kafe yaradılıb.