“Ermənistan nümayəndə heyətinin Avronest PA-nın Bakıda keçirilən iclaslarında tam heyətdə iştirakını alqışlayıram və bu bizim üçün böyük işdirâ€�. “KƏLAMİNFOâ€� xəbər verir ki, bunları qurumun Bakıda keçirilən plenar iclasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, millət vəkili Elxan Süleymanov bildirib
O qeyd edib ki, Avronest PA-nın Bakıda keçirilən tədbirlərində çox iş görülüb və qarşıda da çox iş var. “Qərarların çoxu işimiz üçün həlledici olacaq. Bunun Azərbaycanda reallaşmasını isə qələbəmiz kimi qeyd edirəmâ€� - deyə E.Süleymanov vurğulayıb. O bildirib ki, Avronestdə geriyə yol yoxdur. “Biz ancaq irəliyə getməliyik. Çətinliklər çoxdur, ancaq öhdəsindən gələcəyik. Bakıdakı sessiyada siyasi birləşmə və gələcəkdə birgə layihələri inkişaf etdirmək üçün əsl güc nümayiş olunduâ€� - deyə o əlavə edib.
Daha sonra o Azərbaycan adından Avronest PA-nın həmsədrlərinə Azərbaycanın bayrağı, xəritəsi və digər atributları əks olunan milli üslubda xalça hədiyyə edib: “Bu xalça bizim bağlılığımızın rəmzidirâ€�.
Həmsədrlər adından isə E.Süleymanova Avropa rəmzlərini əks etdirən portret və digər hədiyyələr təqdim olunub.