Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçiâ€� layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyadaâ€� layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    İsanın belə eşitdiyi azan
    Ekranda Məryəm oğlu İsanın obrazını yaradıb. Bütün inanclı katoliklər kimi o da İsanın çarmıxa çəkildiyinə, bu dünyadan əzab çəkə-çəkə ayrıldığına inanıb. Ayaq basdığı Allah evində, kilsədə ona ancaq əzabkeş peyğəmbərdən danışıblar. Keşişlər hey haray çəkib göz yaşı töküblər: â€�O, əzab çəkənlərdən olub. Əzab çəkin, Tanrı bunun əvəzini sizə verəcəkâ€�. Liam Nisonun yaşadığı bu boyda dünyada hər gün ölüb hər gün doğulan varsa, daha... Məncə, əzab çəkməkdən bezib bu adam, hər gün yanından ötüb keçdiyi ümidə qısqanıb.

    59 yaşlı Nison dinini dəyişəcəyini bəyan etdi. Seçiminin islam dini olduğunu söylədi. Sevdiyi qadını faciəli şəkildə itirən, darıxan və darıxdıqca gah düşkün katolikə, gah ateistə çevrilən, gah da hər şeydən əlini üzüb hey darıxmağa davam edən iki oğul atası təsəlli tapıb. Darıxmaqdan bezən, axtardığı yolun yorğununa çevrilən Liam Nison dincələcək. Buna özü də əmindi, çünki onu çağıran səsin azan olduğunu söyləyir.
    İslam – bu adamın bir ömür boyu tapmaq istədiyi, yaşamaq istədiyi hər şeyin tale bəstəsinə çevriləcək. Onu təsadüfdən zərurətə atan qismət Nisonu çəkib gətirib Türkiyəyə. Dörd minədək məscidin olduğu İstanbulda film çəkilişləri başlanıb. Və bu şəhərdə olduğu müddətdə Şimali İrlandiya əsilli aktyor bir-bir məscidləri ziyarət edib, gəzib. Həqiqətin səsi gəlibmiş qulağına.
    “Mən katolik kimi tərbiyə almışam. Mənim kimi çox insan var ki, özünə sual verir: biz kimik, bu yerdə nə işimiz var, bu həyat nədir?â€� deyən kinonun “İsa peyğəmbəriâ€� bütün suallarına islamda cavab tapacağına inanır. Taleyinin üç mərhələsini adlayan və az qala inanclı katolikdən inancsız ateistə çevrilən bu aktyor azan ovqatında nəsə tapmaq ümidiylə üz tutub... Tanrının səsinə.  
    XX əsrdə dünyaya göz açıb, XXI əsrin vətəndaşıdı. Uilyam Con Nison 1952-ci ilin iyun ayının 7-də İrlandiyada doğulub. Liam onun adının qısaldılmış formasıdı. Liam Nison – peşəkar boksçu, teatr və kino aktyoru, həm də Hollivud ulduzu.
    Bu adamın bioqrafiyasında qeyri-adi heç nə yoxdu. Ənənəvi irland ailəsində, inanclı katolik olan valideynlərinin himayəsində böyüyüb. Anası uşaqlıqdan onu kilsəyə aparmağa başlayıb. Elə ona Uilyam adını da məşhur irlandiyalı keşişin şərəfinə qoyublar. Beləcə min bir arzu-diləklə böyüyüb başa çatıb. Və ağlı kəsəndən özünə verdiyi ilk sual bu olub: â€�Kim olmalı və necə yaşamalı?â€�
    Daha sonra karyera arxasınca yollanan gənc Kral Universitetinə daxil olub. Ancaq teatra, aktyorluq sənətinə həvəsi onu bir an da rahat buraxmayıb. Nəhayət, doğmaları narazı qalsa da, öz bildiyini edib. Liam tanıdığı teatrlara üz tutub. Cəhdləri uğurla nəticələnib. İstedadı, səs tembri, yaraşıqlı qaməti Liama gözlənilməz sürprizlər bəxş edib. Zaman-zaman müxtəlif teatrlarda çalışan Liam, nəhayət, Dublindəki “Abbeyâ€� teatrının truppasına düşə bilib. Və kinorejissorlardan dəvətlər almağa başlayıb.
    İlk dəfə 1978-ci ildə “Göylər aləminə səyahətâ€� filmində İsa peyğəmbərin obrazını yaradan Nison bir-birinin ardınca Amerika və Britaniyada, vətəni İrlandiyada filmlərə çəkilib. Onun aktyorluq fəaliyyəti, özünəməxsus oyun tərzi məşhur kinorejissor Con Burmenin də diqqətini çəkib. Dəfələrlə aktyorla görüş təşkil edən rejissor Burmen Liamla əməkdaşlıq edəcəyinə vəd verib. 1981-ci ildə onların birlikdə işləmək arzusu reallaşıb. Liam Nison üçün yaddaqalan bir hadisə baş verib. Həmin il rejissor Con Burmenin “Ekskapiburâ€� filmində baş qəhrəman Ser Haveyn obrazını ekranda Liam Nison canlandırıb. Film böyük maraqla qarşılanıb.
    Kino karyerası ərzində aktyor 70-dən çox filmə çəkilib. Liam Nison oynadığı rollara görə “Oskarâ€� (“Şindlerin siyahısıâ€� filmindəki ən yaxşı kişi roluna görə) və BAFTA kino mükafatlarına, Venesiya kinofestivalının “Valpiâ€� kubokuna layiq görülüb. Məşhur aktyor həm də Britaniya Krallığının şərəfləndirdiyi bir neçə Hollivud ulduzu siyahısındadı. O, Britaniya imperiyasının “Kavaler Ordeniâ€� titulunu daşıyır. İrlandiya mədəniyyətinə və incəsənətinə verdiyi töhfəyə görə II Yelizaveta ona imperiya zabiti rütbəsini də verib.
    ...Sanki bir sınaq mərhələsiydi. Liam yenə darıxırdı, coşub-daşırdı, amma  bəyaz ünvanın yeganə sahibi səbirlə öz işindəydi. Azanın əzəməti onun gözündə böyüyüb səma boyda quşa çevrilirdi. Öncə bu quşun səmanı tutacağını sanırdı, göy üzünün gözəlliyindən məhrum olacağını  düşünürdü. Darıxırdı, özü də gündə beş dəfə. Sonra darıxdırıcı ovqatı, azanın rəngi, xəyalında canlandırdığı quşun da rəngi dəyişdi. Ancaq yenə darıxırdı. Tez çatmaq istəyirdi, arzuladıqlarını tez eşitmək, tez görmək istəyirdi. Cavab tapmağa tələsirdi Tanrını darıxdıran aktyor. Sonuncu dinə, islama tapınmağa darıxırdı. Hələ də tam öyrəşə bilmir. Təsəvvür etmədiyi aləmə düşüb Nison.
    Tanınmış qonağı, Hollivud ulduzunu, darıxan adamı öncə məsciddən eşidilən azan səsi lap darıxdırarmış. Liam Nison hər gün beş dəfə qəzəbləndiyini, darıxdığını söyləyirmiş. Bəlkə də hər dəfə azan eşidiləndə qeyri-ixtiyari “Narniya xronikasıâ€� filmiylə bağlı tənqidlər də yadına düşürmüş. Qəribə paradoksdu və heç də uyğunsuz görünmür. Əslində, onu 2010-cu ildən islam dininə, Həzrəti Məhəmmədə rəğbət bəsləməkdə ittiham edirdilər. İstanbul, azan, həmin “Narniya xronikasıâ€� filmi və islam. Liam Nison 2010-cu ildə “Narniya xronikasıâ€�nda Aslan adlı şirin səsini “oynayıbâ€�, yəni filmdə şirin səsini çıxarıb. Bu film xeyli tənqid olunub. Kino tənqidçilərinə görə, filmdə islam peyğəmbəriylə bərabər müsəlman dini liderlərinin də obrazları var. Guya film əslində xristianlığı, İsa peyğəmbəri kiçiltmək məqsədi güdüb. Tənqidlərə səbirlə yanaşan Nison heç bir açıqlama vermədən mətbuatdan yayınmağı üstün tutub.
    Bu bir zaman islama rəğbətdə suçlandırılan Liam Nisonun başına gələnlərdi. Yatsa yuxusuna da girməzdi ki...
    Liam Nisonun qəlbinə girdi, ruhunu fəth etdi. Gündə beş dəfə azan dinləyən və “Quranâ€� ayələrinin sehrinə düşən məşhur aktyor ancaq islam həqiqətinə sığınacaq, çünki bütün sualların cavabını bu dində tapacağına  inanır. Kino ulduzu bəyanat verdi, islamı qəbul edəcəyini açıqladı. Məşhur İrlandiya və Amerika aktyoru Uilyam Con Nison azan haqqında belə deyir: “Bu səs sanki insanın ruhuna daxil olur. Bu, ən gözəl bir hadisədirâ€�.
    O, müsəlman olacaq. Bu öz qərarıdı. Bir zaman əlini Tanrının ətəyindən üzüb, gününü ateizmlə bağlı kitablar oxumaqla keçirən bir adamın yoluna işıq düşüb. Gündə beş dəfə azan eşidə-eşidə hər şey birdən dəyişib. Tamaşaçıların və aktyorların tanıdığı Liam Nison da dəyişib, özü də darıxdığından, həm də qürbət ölkədə.
    Tanrı qürbətdə sığınacaq verən kimsəsizlərin kimsəsidi. Nison qürbətdən tək dönməyib.
    Ekranda İsa peyğəmbərin obrazını yaratmış adam, kinonun “İsa peyğəmbəriâ€� müsəlman olacaq. Və İsa barəsində əsl həqiqəti yenə “Quranâ€�dan öyrənəcək. Hər şeyi bilmək üçün darıxan aktyor ömrü boyu darıxa-darıxa dəlicəsinə sevəcək. Bir adamın hər şey qazanmağa gücü və haqqı var.


    Oqtay QORÇU

        Âêîíòàêòå Ìîé Ìèð ß.ðó Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 776
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2026»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Noy.2026
    Ïí.Âò.Ñð.×ò.Ïò.Ñá.Âñ.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30