Sarkozi: “Seçkidə uduzsam, həyatımı tamamilə dəyişərəmâ€�
Fransa prezidenti Nikola Sarkozi aprel və mart aylarında keçiriləcək iki turdan ibarət prezident seçkilərində uduzacağı təqdirdə siyasətdən gedəcəyini açıqlayıb. “Seçkidə uduzsanız, siyasətdən gedəcəksinizmiâ€� sualına cavab verən Sarkozu: “Bəli, seçkidə uduzsam, başqa işlə məşğul olaramâ€� deyib. “KƏLAMİNFOâ€� “CNN Turkâ€�ə istinadən xəbər verir ki, ancaq Fransa prezidenti siyasətdən gedəcəyi təqdirdə nə işlə məşğul olacağını bilmədiyini söyləyib: “56 yaşındayam və 35 ildir siyasətlə məşğulam. Əsas peşəm vəkillikdir. Seçkidə uduzsam, həyatımı tamamilə dəyişərəm. Uduzsam, adımı bir daha eşitməzsinizâ€�.
Qeyd edək ki, Fransadakı son sorğuların nəticələri Sarkozinin seçkidə uduzacağını göstərir.