Politoloq: Bu gün İrandan Azərbaycana qarşı artan təzyiqlərin arxasında ermənilər durur
“Bu gün ermənilər bütün arenalarda Dağlıq Qarabağ münaqişəsinin yarandığı ilk gündəki prosesləri ört-basdır etməklə məşğuldurlarâ€�. “KƏLAMİNFOâ€� xəbər verir ki, bunu bu gün keçirdiyi “Qarabağ saatıâ€�nda Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri Mübariz Əhmədoğlu deyib.
O qeyd edib ki, ermənilər 1988-ci il 22 fevral hadisələrinin üstündən keçməklə bu günkü niyyətlərinə bəraət qazandırmaq istəyirlər. “Bu gün ermənilər iddia edirlər ki, münaqişənin başlanmasına səbəb 1988-ci il 26 fevralda olan Sumqayıt hadisələridir. Lakin ondan 4 gün əvvəl Əsgəranda etnik zəmində ermənilər tərəfindən azərbaycanlılar qətlə yetirildi və bununla Qarabağ məsələsi qabarmağa başladı.
Bundan başqa ermənilər digər bir hadisəni də ört-basdır etməyə çalışırlar: 1988-ci ildə münaqişəni qıcıqlandıracaq faktlardan biri Ermənistan SSRİ Ali Sovetinin Qarabağın Azərbaycan SSRİ-dən alınıb Ermənistana verilməsi ilə bağlı çıxardığı qərardır. Deməli, o dövrdə Dağlıq Qarabağın müstəqilliyindən söhbət getməyib. Amma bu gün onlar qondarma “Dağlıq Qarabağ Respublikasıâ€� yaratmaqla guya ora müstəqillik iddia edirlər. Əsl niyyətlərini yenə beynəlxalq aləmdən gizlədirlərâ€�-deyə M.Əhmədoğlu vurğulayıb.
Politoloq həmçinin bildirib ki, bu gün İrandan Azərbaycana qarşı artan təzyiqlərin arxasında ermənilər durur. “Son illər Azərbaycan Prezidentinin rəhbərliyi altında işğal olunmuş torpaqlarımızın qaytarılması istiqamətində beynəlxalq aləmdə ermənilərə qarşı haqlı təzyiqlər artır. Ermənilər artıq bunu hiss edirlər və bərk narahatdırlar. Ona görə də onlar bunun əvəzində həm rəsmi, həm də qeyri-rəsmi müttəfiqləri olan İranın Azərbaycanla tarixi problemlərini qabardıb Tehranı Bakının üstünə qızışdırırlar. Bu artıq faktdırâ€�-deyə o bildirib.
M.Əhmədoğlu İranın Ermənistanla rəsmi və qeyri-rəsmi əlaqələrinə də toxunub. O, qeyd edib ki, bu gün İranın Ermənistanla kifayət qədər rəsmi siyasi, iqtisadi və mədəni əlaqələrindən savayı qeyri-rəsmi münasibətləri də inkişaf etməkdədir. “Bu da daha çox Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş əraziləri vasitəsilə aparılır. Bura qanunsuz qaçaqmalçılıq, narkotik ticarəti, çirkli pulların transferi və sair daxildir. Eyni zamanda məhz buna görə də İran Dağlıq Qarabağ münaqişəsinin həllinin əleyhinədir. Çünki işğal olunmuş torpaqlar qayıtdıqda bölgədə coğrafiya dəyişəcək ki, bu da Ermənistan ilə yanaşı, qeyd olunan faktlara görə İrana da sərf etməyəcəkâ€�-deyə politoloq əlavə edib.