Rasim Musabəyov: “Fransa Cənubi Qafqazda vasitəçi kimi öz nüfuzuna ciddi zərbə vurduâ€�
“Fransa elitasının tam əksəriyyətinin özü də anlayır ki, Senatın qəbul etdiyi qanunun Fransaya və ermənilərə faydası olmayacaqâ€�. Bunları “KƏLAMİNFOâ€�ya açıqlamasında Azərbaycan Milli Məclisinin üzvü, politoloq Rasim Musabəyov bildirib.
Onun sözlərinə görə, ola bilsin ki, Fransa Senatının belə bir qanun qəbul etməsi Prezident Nikolo Sarkozinin hansısa cılız məqsədlərinə nail olması üçün faydalı oldu. “Amma düşünmürəm ki, bu qərardan Fransa və ermənilər bir şey qazanacaqâ€�-deyə R.Musabəyov vurğulayıb.
Politoloqun fikrincə, belə bir addımı atmaqla Fransa Qarabağ münaqişəsinin həllində qeyri-obyektivliyini bir daha sübut etdi. “Düşünürəm ki, Dağlıq Qarabağ məsələsinin həlli üçün vətəndaş cəmiyyəti üzvləri və ya prezidentlərin Fransada görüşməsi kimi təklifləri Azərbaycan hökuməti bundan sonra rədd edəcəkâ€�-deyə o, əlavə edib.
Millət vəkili onu da vurğulayıb ki, istəsə də istəməsə də Fransa Cənubi Qafqazda vasitəçi kimi öz nüfuzuna ciddi zərbə vurdu.