Azərbaycan vətəndaşı Nijni Novqoroddakı xüsusi qəbul məntəqəsində keçinib
Rusiya ərazisində yaşamaq rejimini pozduğuna görə saxlanılan Azərbaycan vətəndaşı Nijni Novqorod vilayətinin Daxili İşlər Baş İdarəsinin (DİBİ) xüsusi qəbul kamerasında vəfat edib. K
LAMİNFO-nun “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, hüquq-mühafizə orqanlarındakı mənbə saxlanılanın ölümünün səbəbinin məlum olmadığını bildirib.
Qeyd edək ki, hadisə yanvarın 11-nə keçən gecə baş verib. Mənbə bildirib ki, saxlanılan şəxs 1956-cı ildə doğulub. Azərbaycan vətəndaşının ölüm səbəbləri araşdırılır. DİBİ-nin əməkdaşları olaya rəsmi münasibət bildirməyiblər.