Müəmmar Qəddafinin tərəfdarları Bəni-Valid şəhərini ələ keçiriblər
Liviyanın mərhum lideri Müammər Qəddafinin tərəfdarları ölkənin paytaxtı Tripolinin yaxınlığındakı Bəni-Valid şəhərini ələ keçiriblər. “KƏLAMİNFOâ€� “Lenta.ruâ€�ya istinadən xəbər verir ki, məlumatı “Əl Ərəbiyyəâ€� telekanalı yayıb. Məlumata görə, qiyamçılar yaxşı silahlanmış olublar. Onlar Milli Keçid Şurası döyüşçülərini şəhərdən çıxarıblar və Qəddafi rejiminin yaşıl bayrağını qaldırıblar. İlkin məlumatlara görə, toqquşma zamanı yeni hakimiyyətin döyüşçülərindən 5-i xəsarət alıb, təxminən 30 adam yaralanıb. Qiyamçılar tərəfdəki itkilərlə bağlı məlumat yoxdur.