“Talibanâ€�ın Pakistandakı lideri qətlə yetirilib
Pakistan kəşfiyyatının rəsmiləri bildirir ki, Pakistanda “Talibanâ€� lideri Hakimullah Məsud yanvarın 12-də ABŞ-ın pilotsuz idarə edilən təyyarəsinin hücumu zamanı Şimali Vəziristanda qətlə yetirilib. “KƏLAMİNFOâ€� “İTAR TASSâ€�-a istinadən xəbər verir ki, adları açıqlanmayan rəsmilərin bildirdiyinə görə, onlar “Talibanâ€� döyüşçülərinin liderlərinin hücum zamanı öldürülüb-öldürülmədiyi haqda danışıqlarını dinləyiblər. Bəzi talibançılar Məsudun öldüyünü təsdiq edib, bəziləri isə bu haqda radioötürücü vasitəsilə danışıqları tənqid edib. Hələlik Pakistan “Talibanâ€� liderinin öldüyünü rəsmi olaraq təsdiq etməyib. “Talibanâ€� isə xəbəri təkzib edib.