Suriyada ümumi amnistiya elan edilib. “KƏLAMİNFOâ€� xəbər verir ki, rəsmi "SANA" informasiya agentliyinin məlumatına görə, Suriya prezidenti Bəşər Əsəd həbsdə olan antihökumət nümayişlərinin iştirakçıları üçün əfv fərmanı verib. Fərmanda bildirilir ki, “amnistiya 2011-ci il martın 15-dən 2012-ci il yanvarın 15-dək baş verən hadisələr fonunda cinayətlər törətdiyinə görə həbs edilmiş şəxslərə şamil edilirâ€�.
Qeyd edək ki, Suriyada antihökumət nümayişlərinin başlanmasının 10-cu ayına təsadüf edən amnistiya bu müddət ərzində elan edilən ilk əfv deyil. Ötən ilin noyabrından indiyədək həbsxanalardan nümayişlər zamanı həbs edilmiş azı 4000 adam əfv edilərək azadlığa buraxılıb.