Nazir müavini: “Elektron hökumətâ€� portalına 15 dövlət qurumunun 60-a yaxın xidməti qoşulubâ€�
“Azərbaycan Respublikasında 2010-2011-ci illərdə “Elektron hökumətâ€�in formalaşdırılması üzrə Fəaliyyət Proqramıâ€�na əsasən, bu günə kimi EHDİS layihəsi çərçivəsində 15 dövlət qurumunun 60-a yaxın elektron xidmətinin “Elektron hökumətâ€� portalına qoşulması təmin edilib. “KƏLAMİNFOâ€� xəbər verir ki, bu barədə rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədovun rəsmi mətbuatda dərc olunan məqaləsində qeyd edilib.
Nazir müavini bildirib ki, növbəti ildə bütün dövlət qurumlarının portala qoşulması üçün tədbirlər görülür. “Elektron Hökumət Portalıâ€�nın tezliklə istifadəyə verilməsi planlaşdırılır.
“Dövlət qurumlarının elektron hazırlıq səviyyəsi kifayət qədər yüksəkdirâ€�,-deyən İ.Məmmədov bildirib ki, “Elektron hökumətâ€�ə keçid prosesini sürətləndirmək üçün e-hökumət infrastrukturunun və qanunvericilik bazasının inkişaf etdirilməsi işləri intensivləşdiriləcək: “2012-ci ildə bu sahədə daha böyük uğurlar qazanılacağı şübhəsizdirâ€�.