Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Azərbaycan, İran və Türkiyə xarici işlər nazirlərinin yanvarın 17-də keçiriləcək üçtərəfli toplantısında iştirak etmək üçün Naxçıvana səfər edəcək. “KƏLAMİNFOâ€� xəbər verir ki, bununla bağlı jurnalistlərə məlumat verən Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat katibi Səlçuk Ünal bildirib ki, toplantıda üç qonşu ölkə arasında əməkdaşlığın gücləndirilməsi perspektivləri müzakirə olunacaq.